"Qarabağ"ın uğuru reytinqimizə necə təsir etdi? - UEFA açıqladı

"Qarabağ"ın uğuru reytinqimizə necə təsir etdi? -  UEFA açıqladı
ÖLKƏ FUTBOLU 24 Avqust 2017 / 02:30 14994
-  A +

Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmalarından sonra sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” ölkəmizə ilk dəfə olaraq bonus xalı qazandırıb.

Ağdam klubunun Azərbaycan futbolunun tarixində ilkə imza atması reytinqimizə 1,000 xal əlavə edib. Bu mövsüm ölkəmizin qazandığı xallar  3,875-ə çatıb.

Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız isə 18,625-ə yüksəlib.  Bununla da Azərbaycan bir pillə irəliləyərək yenidən 22-ci yerə yüksəlib.

Qeyd edək ki, siyahıya 90,141 xalla İspaniya başçılıq edir.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq