"Zirə" ilk oyuna itki ilə çıxacaq

"Zirə" ilk oyuna itki ilə çıxacaq
XƏBƏR 11 Avqust 2017 / 12:05 1693
-  A +

Topaz Premyer Liqanın ilk turunda “Səbail”lə qarşılaşacaq “Zirə” oyuna ciddi itki ilə çıxacaq.

Komandanın baş məşqçisi Ayxan Abbasov Qol.az-a açıqlamasında kamerunlu futbolçu Jozef Bumun bu görüşdə iştirak edə bilməyəcəyini deyib.

Onun sözlərinə görə, zədəli olan müdafiəçi bugündən fərdi məşqlərə başlayacaq. Kervens Belfort və Riçard Qadze isə artıq zədəsini sağaldıb. Hər iki futbolçu oyuna hazırdır.

Qeyd edək ki, “Zirə” – “Səbail” matçı avqustun 13-də keçiriləcək.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner