“Barselona”nı “Napoli”yə dəyişmək istəmədi

“Barselona”nı “Napoli”yə dəyişmək istəmədi
XƏBƏR 11 Avqust 2017 / 01:25 5188
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Denis Suares “Napoli”dən təklif alıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “Napoli” rəhbərliyi onun üçün 14 milyon avro ödəməyə razı olub.

Lakin futbolçu özü klubunu dəyişmək barədə düşünmədiyini bildirib. Suares qeyd edib ki, Kataloniya klubunun yeni baş məşqçisi Ernesto Valverdini etimadını qazanaraq əsas heyətdə yer almaq istəyir.

Qeyd edək ki, ötən mövsüm La Liqada Denis Suares 26 oyuna çıxıb və 1 qol vurub.

 


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner