“Borussiya” “Barselona”nın təklifini geri çevirdi

“Borussiya” “Barselona”nın təklifini geri çevirdi
XƏBƏR 11 Avqust 2017 / 00:00 3773
-  A +

“Borussiya” rəsmi şəkildə “Barselona”nın təklifini geri çevirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu Usman Dembelenin transferi ilə bağlı rəsmi təklif irəli sürüb. Lakin təklif olunan məbləğ Dortmund təmsilçisini qane etməyib. 

“Borussiya”nın yaydığı açıqlamada bildirilir ki, Dembele “Barselona”ya satılmır və bu keçidin reallaşmaq ehtimalı olduqca aşağıdır.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, “Borussiya” Dembele üçün 120 milyon avro tələb edir.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner