"İnter"in futbolçusu "Beşiktaş"da

"İnter"in futbolçusu "Beşiktaş"da
XƏBƏR 10 Avqust 2017 / 20:00 6858
-  A +

"Beşiktaş" növbəti transferini həyata keçirib.

Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, İstanbul klubu İtaliya "İnter"inin müdafiəçisi Qari Medeli heyətinə cəlb edib. Onunla 3 illik müqavilə imzalanacaq. 30 yaşlı oyunçu yeni klubunda ilinə 2 milyon 300 min avro maaş alacaq.

Qeyd edək ki, Q.Medelin sabah "Beşiktaş"da tibbi müayinədən keçəcəyi gözlənilir.


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner