"Kəpəz" ilk oyuna Bakıda hazırlaşır

"Kəpəz" ilk oyuna Bakıda hazırlaşır
XƏBƏR 10 Avqust 2017 / 16:52 1876
-  A +

Topaz Premyer Liqasının 2017/2018-ci illər mövsümünün ilk turunda səfərdə “Sumqayıt” ilə qarşılaşacaq “Kəpəz” dünəndən bu oyunun hazırlıqlarına başlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.

“Sarı-göylər” oyun gününə kimi bu məkanda hazırlaşacaq.

Qeyd edək ki, avqustun 13-də keçiriləcək “Sumqayıt” – “Kəpəz” matçı saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər