Kolo Ture məşqçi oldu

Kolo Ture məşqçi oldu
XƏBƏR 10 Avqust 2017 / 16:37 3736
-  A +

“Arsenal”ın sabiq futbolçusu Kolo Turen məşqçi fəaliyyətinə başlayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu il karyerasını bitirən sabiq müdafiəçi Fil Dişi Sahilinin gənclər millisində məşqçi kimi çalışacaq.

Qeyd edək ki, Ture “Arsenal”la yanaşı “Mançester Siti”, “Liverpul”, “Seltik” kimi klublarda da çıxış edib. O, 2000-2015-ci illərdə Fil Dişi Sahili millisində oynayıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner