Azərbaycan – San Marino oyununun biletləri satışda

Azərbaycan – San Marino oyununun biletləri satışda
XƏBƏR 10 Avqust 2017 / 15:47 6999
-  A +

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanın biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və 8-ci km qəsəbə stadionunun kassalarında əldə etmək mümkündür.

Saat 20:00-da başlayacaq matçın biletlərini onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

VİP biletlərin qiyməti 25 manatdı. 1-ci kateqoriya biletləri 4, 2-ci kateqoriyalılar 1 manat olacaq.

Daha çox


Son xəbərlər