"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı
XƏBƏR 10 Avqust 2017 / 14:06 4691
-  A +

“Barselona” braziliyalı futbolçu Filippe Koutinyo üçün “Liverpul”a ikinci dəfə təklif göndərib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu bu dəfə də “Barsa”nın təklifini rədd edib.

Bilidirilir ki, "Barselona" Koutinyo üçün 85 milyon avro təklif edib. Ancaq ingilislər yarımmüdafiəçini satmaq istəməyib.

Qeyd edək ki, daha əvvəl Kataloniya klubunun Koutinyo ilə razılığa gəldiyi haqda xəbərlər yayılmışdı.

Daha çox


Son xəbərlər