"İnter"dən yeni transfer

"İnter"dən yeni transfer
XƏBƏR 10 Avqust 2017 / 00:50 4292
-  A +

İtaliyanın “İnter” klubu heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi “Nitsa”nın müdafiəçisi Dalberti transfer edib.

23 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanıb.

“İnter” braziliyalı sol cinah müdafiəçisinin transferi üçün “Nitsa”ya 20 milyon avro ödəyib.

Qeyd edək ki, Dalbert son mövsüm “Nitsa”nın heyətində  38 oyuna çıxıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner