Nazarovun komandası yenə uduzdu

Nazarovun komandası yenə uduzdu
XƏBƏR 10 Avqust 2017 / 00:15 2313
-  A +

Almaniya II Bundesliqasında birinci turdan təxirə salınmış bir oyun baş tutub.

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” ilk turdan təxirə salınmış oyuna çıxıb.

Qol.az-ın xəbərinə görə, Aue təmsilçisi səfərdə “Haydenhaym”la qarşılaşıb.

Güclü yağış səbəbindən yarımçıq dayandırılan qarşılaşma qaldığı yerdən davam edib. Görüş “Haydenhaym”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Nazarov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, iki oyundan sonra aktivində xalı olmayan “Erzgebirge” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Son xəbərlər