Modriç “Barsa” ilə oyunu buraxacaq - 3 il əvvəlki cəzaya görə

Modriç “Barsa” ilə oyunu buraxacaq -  3 il əvvəlki cəzaya görə
XƏBƏR 9 Avqust 2017 / 18:50 6352
-  A +

“Real” İspaniya Superkubokunda “Barselona” ilə keçiriləcək oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın məlumatına görə, komandanın aparıcı futbolçusu Luko Modriç cəzalı durumda olduğundan bu görüşü buraxacaq.

Buna xorvatiyalı futbolçunun 3 il öncə aldığı cəza səbəb olub. İspaniyada superkubokun reqlamentinə əsasən, burda alınan cəzalar ancaq superkubok oyunlarına şamil olunur.

Qeyd edək ki, Modriç 2014-cü ildə “Atletiko” ilə superkubok oyununun (0:1) son dəqiqələrində qırmızı vərəqə almışdı.

Xatırladaq ki, “Real” – “Barselona” oyunu avqustun 13-də keçiriləcək.

Son xəbərlər