Bakı "İnter"inin futbolçusu 2 ay oynamayacaq

Bakı "İnter"inin futbolçusu   2 ay oynamayacaq
XƏBƏR 9 Avqust 2017 / 17:11 2958
-  A +

Bakının "İnter" klubu ciddi itki ilə üzləşib.

Klubdan Qol.az-a verilən məlumata görə, komandanın aparıcı oyunçusu Fuad Bayramov  zədələnib.

Məşq zamanı ayağı burxulan yarımmüdafiəçinin təxminən 2 ay  meydana çıxa bilməyəcəyi gözlənilir. Bu, onsuz da oyunçu çatışmazlığından əziyyət çəkən paytax klubu üçün ciddi itkidir.

Qeyd edək ki, "İnter" yeni mövsümün ilk turunda "Qəbələ"ni qəbul edəcək. Görüş avqustun 12-də keçiriləcək.

Daha çox


Son xəbərlər