İsko "Real"la müqaviləni artırır

İsko "Real"la müqaviləni artırır
XƏBƏR 9 Avqust 2017 / 14:05 2476
-  A +

“Real”ın futbolçusu İsko Madrid klubu ilə tezliklə yeni müqavilə imzalayacaq.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi UEFA Superkubokunu qazandıqları oyundan sonra bu barədə açıqlama verib: “Tezliklə yeni müqaviləyə qol çəkəcəm, biz buna çox yaxınıq” – deyə o bildirib.

Qeyd edək ki, İsko 2013-cü ildə "Malaqa"dan "Real"a transfer olunub. O, ötən mövsüm 41 matçda 11 qol vurub, 10 qolun ötürməsini verib. İskonun “Real”la gəlin ilin yayına  qədər müqaviləsi var.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner