Aleksis Sançes "Lester"ə qarşı oynamayacaq

Aleksis Sançes  "Lester"ə qarşı oynamayacaq
XƏBƏR 9 Avqust 2017 / 12:37 2250
-  A +

"Arsenal"ın futbolçusu Aleksis Sançes İngiltərə Premyer Liqasının ilk turunda "Lester"lə oyunu buraxacaq.

Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O bildirib ki, çilili hücumçu qarnındakı ağrılar səbəbindən bir və ya iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Arsenal" - "Lester" matçı avqustun 11-i keçiriləcək.


Son xəbərlər