"Qarabağ"ın sabiq futbolçusu Portuqaliyaya qayıtdı

"Qarabağ"ın sabiq futbolçusu Portuqaliyaya qayıtdı
XƏBƏR 8 Avqust 2017 / 02:00 8435
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias karyerasını yenidən Portuqaliyanın "Unian Madeyra" klubunda davam etdirəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Braziliyalı futbolçu 2015-2016 mövsümündə də "Unian Madeyra"da çıxış edib. Komanda hazırda Portuqaliyanın 1-ci divizionunda mübarizə aparır.

Qeyd edək ki, Danilo Dias "Qarabağ"da 2014-2015 mövsümündə oynayıb.


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner