Lempardın yeni işi - teleşərhçi

Lempardın yeni işi -  teleşərhçi
XƏBƏR 7 Avqust 2017 / 16:40 3072
-  A +

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempardın yeni iş yeri bəlli olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 39 yaşlı veteran yarımmüdafiəçi  “BT Sport” telekanalında ekspert kimi çalışacaq.
“BT Sport” telekanalı İngiltərə Premyer Liqası və Çempionlar Liqasının yayım hüququna malikdir.

Qeyd edək ki, F.Lempard futbolçu karyerası ərzində "Vest Hem" (1995-2001-ci illər), "Suonsi" (1995-1996), "Çelsi" (2001-2014), "Mançester Siti" (2014-2015), "Nyu-York Siti" (2015-2016) klublarında çıxış edib.


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner