"Qəbələ" "Lokomotiv"lə heç-heçə etdi

"Qəbələ" "Lokomotiv"lə  heç-heçə etdi
XƏBƏR 7 Avqust 2017 / 11:42 3308
-  A +

“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Gürcüstanda keçirilən təlim-məşq toplanışı çərçivəsində son matçda qüvvəsini sınayıb. Öncə Tiflis “Dinamo”su (0:0) və “Saburtalo”nun (3:1) əvəzediciləri ilə görüşən Elmar Baxşıyevin komadası qonşu ölkədəki üçüncü qarşılaşmasında “Lokomotiv”lə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb.

 Bu gün Qəbələyə qayıdacaq “qırmızı-qaralar” ikigünlük istirahətdən sonra çempionatın ilk turunun hazırlıqlarını davam etdirəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner