Paşayev-Antonov qarşıdurmasında heç-heçə

Paşayev-Antonov qarşıdurmasında heç-heçə
XƏBƏR 7 Avqust 2017 / 00:18 3338
-  A +

Ukrayna çempionatında dördüncü turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” səfərdə “Çernomorets”lə üz-üzə gəlib.

Meydana start heyətində çıxan və 90 dəqiqə mübarizə aparan Paşayev 25-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Görüş 2:2 hesabı ilə yekunlaşıb ki, “Aleksandriya” 80 və 87-ci dəqiqələrdə vurduğu qollarla yenilgidən qaçıb.

Bu matçda “Çernomorets”in start heyətində yer alan “Qəbələ”nin sabiq hücumçusu Aleksey Antonov sona 14 dəqiqə qalmış əvəzlənib.

Qeyd edək ki, 4 turdan sonra 3 xalı olan “Aleksandriya” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner