Sneyderin yeni klubu – Fransada oynayacaq

Sneyderin yeni klubu – Fransada oynayacaq
XƏBƏR 6 Avqust 2017 / 17:42 6574
-  A +

“Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder karyerasını Fransada davam etdirəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçisi bu gün Nitsaya gedib. Onun sabah tibbi müayinədən keçəcəyi, daha sonra bu şəhərin eyniadlı klubu ilə müqavilə bağlayacağı bildirilib.

Xatırladaq ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner