Neymarın 6 saata 10 min forması satıldı - Parisdə

Neymarın 6 saata 10 min forması satıldı  - Parisdə
XƏBƏR 5 Avqust 2017 / 15:10 4797
-  A +

“Barselona”nın futbolçusu Neymarın PSJ-yə transfer olunması Fransada böyük sevinclə qarşılanıb.

Qol.az-ın xəbərinə görə, Neymarın transferinin açıqlanmasından sonra Parisdə PSJ-nin iki fanşopunda 100 avroya satışa çıxarılan 10 nömrəli Neymar formalarının hamısı 6 saat içində satılıb.

15 min adamın axın etdiyi fanşoplarda 10 min forma satılıb və bu sahədə yeni rekord qırılıb.

Qeyd edək ki, satılan formalardan 1 milyon avro gəlir əldə edildiyi bildirilib.

Son xəbərlər