Neymar bu gün debüt edə bilməyəcək

Neymar bu gün debüt edə bilməyəcək
XƏBƏR 5 Avqust 2017 / 13:42 3888
-  A +

PSJ-nin yeni transferi Neymar Fransa Liqasında 2017/2018 mövsümünün ilk turunda iştirak etməyəcək.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu “Amyen”lə bu gün keçiriləcək oyunu buraxacaq. Transfer sənədləri gecikdirildiyindən PSJ Neymarın adını çempionatın iştirak ərizəsinə daxil edə bilməyib.

Xatırladaq ki, Braziliya millisinin üzvü “Barselona”dan PSJ-yə 222 milyon avro müqabilində keçib.

Son xəbərlər