Asim Xudiyev Ərdoğanla görüşdü – Video

Asim Xudiyev Ərdoğanla görüşdü – Video
XƏBƏR 4 Avqust 2017 / 11:42 5657
-  A +

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Fənrəbaxça” – “Şturm” oyununu izləyib.

Qol.az-ın xəbərinə görə, matçdan sonra prezident türk klubunun futbolçuları və baş məşqçisi, eləcə də oyunun hakimləri, UEFA nümayəndəsi və hakim-inspektoru ilə görüşüb.

Qeyd edək ki, matçın hakim-inspektoru azərbaycanlı Asim Xudiyev olub.

Əlavə edək ki, “Fənərbaxça” iki oyunun nəticəsinə əsasən (1:1, 2:1) növbəti mərhələyə adlayıb.


Son xəbərlər