La Liqa Neymarın transferinə icazə vermədi

La Liqa Neymarın transferinə icazə vermədi
XƏBƏR 3 Avqust 2017 / 15:49 8832
-  A +

İspaniya Futbol Liqası (La Liqa) “Barselona”nın futbolçusu Neymarın PSJ-yə transferinə icazə verməyib.

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, səbəb kimi braziliyalı hücumçunun transfer qiymətinin çox yüksək məbləğdə (222 milyon avro) olması göstərilib.

Bu gün Neymarın meneceri tələb olunan sənədləri imzalamaq üçün La Liqanın ofisinə gədib. Lakin qurumdan bu transferin FİFA-nın maliyyə "fair play” qaydalarına zidd olduğu bildirilib.

La Liqadan həmçinin futbolçuya verilən pulun mənşəyinin bəlli olmadığını da əsas gətirərək bu tranferə icazə verilmədiyi bəyan ediblər.

PSJ-nin məsələ ilə bağlı FİFA-ya müraciət edəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər