Mbappe "Monako"dan ayrılır

Mbappe "Monako"dan ayrılır
XƏBƏR 3 Avqust 2017 / 13:59 6074
-  A +

“Monako”nun futbolçusu Kilian Mbappe komandadan ayrılmaq qərarına gəlib.

Qol.az-ın “L Equipe”yə istinadən yaydığı xəbərə görə, ötən mövsümkü oyunu ilə Avropanın top klublarının diqqət mərkəzinə düşən 18 yaşlı hücumçu “Monako” rəhbərliyi ilə danışaraq ayrılmaq istədiyini bildirib.

“Barselona”nın futbolçusu Neymarın gedişindən sonra onun yerinə Mbappeni transfer edəcəyi iddia edilir. Bundan başqa, "Real"ın da onu transfer edəcəyi haqda xəbərlər yayılmaqdadır.

Qeyd edək ki, fransalı forvard ötən mövsüm ümumilikdə  44 oyunda 26 qol vurub, 14 qolun ötürməsini edib.

Daha çox


Son xəbərlər