"Pley-off-a biz adlayacağıq" - "Panatinaikos"un futbolçusu

"Pley-off-a biz adlayacağıq" -  "Panatinaikos"un futbolçusu
XƏBƏR 2 Avqust 2017 / 17:47 4633
-  A +

"Cavab matçı ilk görüşdən fərqli olacaq. Bu dəfə daha hazırlıqlı olacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri “Panatinaikos”un futbolçusu Niklas Hult Yunanıstan mətbuatına açıqlamasında deyib.

İsveçli yarımmüdafiəçi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu  çərçivəsində sabah “Qəbələ” ilə keçiriləcək görüş haqda fikilərini bildirib.

"İlk qarşılaşmada göstərdik ki, Bakıdakı oyuna da tam hazırıq. Məncə, pley-off mərhələsinə biz adlayacağıq”.

Sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək  oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Afinada keçirilən ilk oyun "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu