"Təbii ki, "Qarabağ"ın "Şerif"lə bugünkü cavab oyununun Azərbaycanda canlı yayımlanmasını istəyirik və bu istiqamətdə dünəndən çalışmalarımıza başlamışıq. Ancaq hələ ki, bir yenilik yoxdur. Matçın startına az qalıb. Bizə verilən məlumata görə, texniki məsələlərə görə yayımın təşkili artıq gecdir. Çox güman, matçı Moldova telekanallarından və internetdən izləmək olacaq". Bu fikirləri "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl bildirib.
Çempionumuz bu gün Bakı vaxtilə saat 21:00-da Moldovada "Şerif"lə Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
İndi futbolsevərlərimizi maraqlandıran əsas məsələlərdən biri bu matçın ölkəmizdə canlı yayımın olması ilə bağlıdır.
Ə.Çəlikəl yayım məsələsi ilə bağlı moldovalılarla danışıqlar apardıqlarını bildirib: "Teleyayım hüququ "Şerif Holdinq"ə məxsusdur. Oyunun Azərbaycanda yayımı ilə bağlı bizə elə bir məbləğ dedilər ki, bu, imkanlarımız xaricindədir. Biz həmişə telekanallarımıza səfər matçlarımızın canlı yayımının təşkilində kömək göstərmişik. Ancaq bu dəfə vəziyyət fərqlidir. Telekanallarımız özləri də klublarımızın avrokuboklarda səfər oyunlarının canlı yayımının təşkilində maraqlı olmalıdırlar".
"Qarabağ" rəsmisi "Şerif"in yayıma görə Azərbaycan tərəfdən 100 min dollar istəməsi ilə bağlı xəbəri təsdiqləyib: "Bəli, bu doğru rəqəmdir. Yayıma görə 100 min istədilər".
Xatırladaq ki, "Qarabağ"ın ÇL-də oyunlarını canlı yayımlayan "İdman Azərbaycan" telekanalı II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə Tiflisdəki qarşılaşmasını birbaşa efirə vermişdi (sport24.az).
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək