Ronaldo erkən qayıdır

Ronaldo erkən qayıdır
XƏBƏR 1 Avqust 2017 / 17:56 5051
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo vaxtından əvvəl məzuniyyətdən qayıtmağa qərar verib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə,portuqaliyalı hücumçu əvvəlcədən nəzərədə tutulduğu kimi avqustun 5-i yox, daha tez məşqlərə başlamaq istədiyini klub rəhbərliyinə bildirib.

32 yaşlı oyunçunun yaxın günlərdə "Real"ın bazasında fərdi məşqlərə başlayacağı vurğulanıb.

Qeyd edək ki, hazırda ABŞ-da təlim-məşq toplanışında olan "Real" avqustun 3-ü Madridə qayıdacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner