"Moldova çempionatının son oyununda start heyətdə Bakıdakı görüşdə oynayanlardan mən və iki futbolçu yer almışdı. İki cəbhədə mübarizə aparmaq çətindir. Biz çempionatda şənbə günü matça çıxmışıq. Bu gün isə Tiraspolda "Qarabağ"la cavab oyunumuz var. Bizə çempionatda xal itirməmək və vaxtında bərpa olaraq Çempionlar Liqasında "Qarabağ"la oyuna güc saxlamaq idi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Şerif"in futbolçusu Vyaçeslav Posmak Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi sports.md saytına deyib.
O, “Qarabağ”ı keçəcəkləri halda ən azı Avropa Liqasının qrupuna düşəcələri barədə suala cavabında deyib ki, hələ indiyədək bu mərhələdə çıxış etməyib: "Qrupda oynasam, bu, mənim üçün yeni təcrübə olacaq. Amma biz indi Çempionlar Liqasının qrupuna düşmək üçün oynayırıq”.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç 0:0 hesabı ilə başa çatıb.
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı