Emin qol vurdu, "Boavişta" qalib gəldi

Emin qol vurdu, "Boavişta" qalib gəldi
XƏBƏR 1 Avqust 2017 / 00:14 7369
-  A +

Portuqaliyanın "Boavişta" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Qol.az-ın xəbərinə görə, millimizin yarımmüdafiəçisi Emin Mahmudovun çıxış etdiyi komanda Portuqaliyanın aşağı liqa təmsilçisi "Eşpinyo" ilə qarşılaşıb.

Beş qolun vurulduğu qarşılaşmada Mahmudov da fərqlənib.

İkinci hissədə meydana daxil olan millimizin üzvü "Boavişta"nın 4:1 hesablı qələbəsində pay sahibi olub. O, 76-cı dəqiqədə komandasının sonuncu qolunu vurub.

Daha çox


Son xəbərlər