"Fənərbaxça"nın futbolçusu "Sevilya"ya keçir - rəsmi

"Fənərbaxça"nın futbolçusu "Sevilya"ya keçir - rəsmi
XƏBƏR 31 İyul 2017 / 22:23 4354
-  A +

"Fənərbaxça"nın futbolçusu Simon Kyer "Sevilya"ya transfer olunmaq üzrədir.

Qol.az-ın İstanbul təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub.

28 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün İspaniyaya gedəcək.

Qeyd edək ki, S.Kyer 2015-ci ildən "Fənərbaxça"da oynayır.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner