"Qarabağ" Moldovada son məşqinə çıxır

"Qarabağ" Moldovada son məşqinə çıxır
XƏBƏR 31 İyul 2017 / 17:25 2906
-  A +

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində  sabah “Şerif”in qonağı olacaq.

Qol.az-ın məlumatına görə,  Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi Moldovada son məşqinə çıxacaq.

Saat 21:00-da  komanda qarşılaşmanın keçiriləcəyi “Şerif Arena”da məşq edəcək. Məşqin ilk 15
dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
Qeyd edək ki, “Şerif” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.

Son xəbərlər