Seneqal millisinin üzvü "Qalatasaray"da

Seneqal millisinin üzvü "Qalatasaray"da
XƏBƏR 31 İyul 2017 / 16:50 4956
-  A +

"Qalatasaray" heyətinə yeni futbolçu cəlb edir. 

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə,  İstanbul klubu  "Osmanlıspor"un yarımmüdafiəçisi Badu Ndiayeni transfer edir.

"Sarı-qırmızılar"ın seneqallı futbolçunun keçidi üçün Ankara təmsilçisinə 7 milyon avro ödəyəcəyi bildirilir.

26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Seneqal millisinin üzvü olan Ndiaye  ötən mövsüm 42 matçda 7 qol və 3 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər