"Qarabağ"ın rəqibi xorvatiyalı futbolçu aldı

"Qarabağ"ın rəqibi xorvatiyalı futbolçu aldı
XƏBƏR 31 İyul 2017 / 16:07 5081
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Moldova çempionu xorvatiyalı müdafiəçi Ante Kuluşiçlə müqavilə bağlayıb.

Qeyd edək ki, karyerasına Xorvatiyanın "Sibenik" klubunda başlayan 31 yaşlı futbolçu uzun müddətdir Türkiyədə oynayıb. Son olaraq “Gənclərbirliyi”ndə çıxış edən Kuluşiç “Hacettepe” və “Balıkesirsporun da formasını geyinib.

Son xəbərlər