Millimizin sabiq futbolçusu həbs olundu

Millimizin sabiq futbolçusu həbs olundu
XƏBƏR 31 İyul 2017 / 11:51 6253
-  A +

Azərbaycan millisinin və "Kəpəz"in sabiq futbolçusu Faiq Cabbarov həbs olunub.
 
Qol.az-ın "Futbol+” qəzetinə istinadən yaydığı xəbərə görə, F. Cabbarov onunla bağlı çoxsaylı şikayət ərizəsinə əsasən saxlanılıb. O, bir-neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunur.
 
Qeyd edək ki, bir müddət əvvəl yanlış olaraq ölüm xəbəri yayılan Cabbarov Samuxdakı fermaların birində çalışır. O, Azərbaycan millisinin heyətindən 21 matçda meydana çıxıb və "Kəpəz", "Şəmkir", "Neftçi", "Şəfa" kimi klubların formasını geyinib .

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu