"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-ın suallarını cavablandırıb.
- Dünən “İnter”i məğlub edib finala çıxdınız. Finalda olmaq necə hissdir?
- Təbii ki, gözəl hissdir. Finala çıxdığımız üçün sevincliyik. Final matçında da yaxşı oynayıb, kuboku qazanmağı hədəfləyirik.
- Amma finalda rəqibiniz güclü “Qarabağ” olacaq.
- "Qarabağ"la matçlar çətin olur. Finalda da bütün gücünü ortaya qoyacaq. Amma finaldan öncə çempionat oyunlarımız var. Ona görə hələ ki, final haqqında düşünmürük. Fikrimizi Premyer Liqaya yönəltmişik.
- Yəqin “Qarabağ”ın sizə rəqib düşməsi ürəyinizcə olmadı...
- Bizim üçün rəqibin kimliyi önəmli deyil. Bütün komandalarla oyunlar çətin keçir. Əsas məsələ əlimizdən gələni edib, qələbə qazanmaqdır.
- “Qarabağ” bir neçə dəfə kuboku qazansa da, sizin ümumiyyətlə, kubokunuz yoxdur. Bu, sizə əlavə bir motivasiya verirmi?
- Əlbəttə ki, bizim üçün əlavə motivasiyadır. Çünki bizim kubokumuz olmayıb. Ona görə də istəyirik ki, ən azı ölkə kubokunu qazanaq. Ancaq çempionluq şansımız da bitməyib. Mübarizəni sona qədər davam etdirəcəyik.
- “Qarabağ”dan 4 xal geridəsiniz. Və növbəti oyunda Ağdam komandası ilə səfərdə oynayacaqsınız. Bu matçı final adlandırmaq olar?
- Mən deyərdim ki, aramızda 4 xal fərq olmasına baxmayaraq, bizə çox maraqlı oyun gözləyir. Bütün fikirlərimizi bu oyuna yönəltmişik. Biz bilirik ki, bu oyundan qələbə ilə dönməsək, bu, bizə pis başa gələ bilər. Tək məqsədimiz qələbə qazanmaqdır. Qalib gəlsək, düşünürəm ki, hər şey yaxşı olacaq.
- Aradakı 4 xallıq fərq komandada ruh düşkünlüyü yaratmayıb?
- İstər-istəməz ruh düşkünlüyü yaranıb. Amma qarşıda böyük oyun var. Bir qələbə ilə hər şey dəyişə bilər..
- Çempionatda zəif komandalara qarşı sanki tam gücünüzü qoyurmusunuz və xallar itiririrsiniz, liderlə xal fərqi də artır. Səncə, səbəbi nədi?
- Səbəbini dəqiq bilmirəm. Bilsəm, deyərdim. Yəqin ki, zəif komandalarla oyunda komanda rahat oynayır . Ona görə də xal itiririk. Başqa səbəb yoxdur.
Məftun RƏSULZADƏ
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi