“Prosineçki “kitab"ı bağlanıb” - “İnter”in kapitanı

“Prosineçki “kitab"ı bağlanıb” -  “İnter”in  kapitanı
ÖLKƏ FUTBOLU 5 Mart 2017 / 00:41 4892
-  A +

“İnter”in kapitanı Nizami Hacıyev Topaz Premyer Liqanın 21-ci turunda “Qəbələ” ilə oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Əvəzlənməyin nə ilə bağlı idi?

- Sadəcə, bir az oyunum alınmadı. Gecə özümü narahat hiss edirdim, rahat yata bilməmişdim

- Bəlkə, komandadakı maliyyə problemindən narahatsan...

- Yox, pul məsələsi deyildi. Bu oyunda puldan söhbət edə bilmərik.

- Oyuna aqressiv başlamışdın. Bu, milliyə dəvət almamağınla bağlı deyildi?

- Yox, onsuz da, Prosineçki “kitab"ı bağlanıb. Sadəcə, qələbə qazanmaq istəyirdik. Bu gün qələbə qazansaydıq, hər şey başqa cür olacaqdı. “Qəbələ” də güclü rəqiblərdən biridir.

- Sən komandanın ən aparıcı üzvüsən. Sənin zəif çıxışını nə ilə əlaqələndirmək olar? Ümumiyyətlə, “İnter” qol buraxdıqdan sonra hücuma atılmırdı...

- Mən məşqçinin işinə qarışa bilmərəm. Yəqin ki, oyunum məşqçini qane etmədi və məni əvəzlədi. Bu, normaldır.

- Əvəzlənəndən sonra birbaşa paltardəyişmə otağına yollandın. Baş məşqçiyə etiraz əlaməti deyildi ki?

- Xeyr, sadəcə, soyuq idi. Bunu məşqçiyə etiraz kimi qəbul etmək lazım deyil.
 
- Hiss olunurdu ki, komanda 1 xal üçün mübarizə aparır...

- Əksinə, biz çempionluğa oynayırdıq. Bəlkə də, “İnter” tarixi ərzində ilk dəfə idi ki, 55-ci dəqiqədə 2 əvəzetmədən istifadə edirdi. Mənim “İnter”in belə əvəzetmə etməsi yadıma gəlmir.  Baş məşqçimiz belə lazım bilibsə, mən heç nə deyə bilmərəm.

- Ötən tur “Qarabağ”a qalib gəlsəniz də, bu gün “Qəbələ”yə məğlub oldunuz. Düşünürsən ki, “Qəbələ” “Qarabağ”dan güclüdür?

- Deməzdim. Bu gün “Qəbələ” bizdən güclü oynadı, ona görə də qələbə qazandı.

- Bu gün çoxsaylı səhvlər etdiniz. Səbəbi nə idi?

- Bəli, səhvlər oldu. Amma səhvlər həmişə olur.  Artıq bu oyunu unudub, növbəti oyunlara hazırlaşmalıyıq.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner