Koutinyo yenidən icarəyə göndəriləcək

Koutinyo yenidən icarəyə göndəriləcək
DÜNYA FUTBOLU 25 Mart 2020 / 17:18 2653
-  A +

“Barselona” icarə əsasında “Bavariya”da çıxış edən futbolçusu Felipe Koutinyonu yenidən icarəyə verəcək.

Qol.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Münhen klubunun mövsümün sonunda icarə müqaviləsi başa çatacaq braziliyalı yarımmüdafiəçini birdəfəlik almağı planlaşdırmadığı bildirilir.

Hələlik Koutinyo üçün “Barslelona”ya təklif göndərən başqa klub da olmadığınından  Kataloniya təmsilçisinin onu yenidən icarəyə göndərəcəyi qeyd olunub.

Qeyd edək ki, ötən yay "Bavariya"ya keçən Koutinyo bu mövsüm Bundesliqada 19 oyunda 6 qol vurub.
 

Daha çox


Son xəbərlər
28.03.20  17:33

Bəhlul, Saşa, Təmkin