Bu gün Rio Olimpiadasında kayak yarışlarında final yarışları keçirilib.
Qol.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya bu mərhələdə mübarizə aparıb.
1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlı idmançımızın həlledici yürüşdə rəqibləri İnna Klinova (Qazaxıstan), Linnea Stensils (İsveç) , Sarah Quyot (Fransa), Liza Karrinqton (Yeni Zelandiya), Marta Valçikeviç (Polşa), Tereza Rivas Portela (İspaniya) və Spela Yaniç Ponomarenko (Sloveniya) olub. Bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançımız finişə 40,401 saniyəyə çatıb. O, bu nəticə ilə bürünc medal qazanıb.
Yeni Zelandiyalı Liza Karrinqton 38,864 saniyə nəticə ilə qızıl, polşalı Marta Valçikeviç 40,279 saniyə göstərici ilə gümüş medal qazanıb.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da