Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoldaşlıq oyununu keçirəcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Ukraynanın «Dnepr» klubunun əvəzedici heyəti ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Xatırladaq ki, U-21 təlim-məşq toplanışı ərzində artıq 2 yoldaşlıq oyununda qüvvəsini sınayıb. Şotlandiyanın «Reyncers» (Qlazqo) klubunun əvəzedicilərinə 0:3 hesabı ilə məğlub olan futbolçularımız, «Şaxtyor»un əvəzedici komandası ilə heç-heçə edib – 2:2.
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi