Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Kocaelispor” klubunda baxışdadır. “Bu komanda bir müddət əvvəl mənimlə maraqlanırdı. Amma “Valyadolid”ə baxışa getdiyim üçün “Kocaelispor” variantı arxa plana keçmişdi. Hazırda “Kocaelispor”un düşərgəsindəyəm. Bu klubla müqavilə bağlayıb-bağlamayacağım yaxın günlərdə məlum olacaq ” - deyə R.Sadıqov bildirib.
Sadıqov deyib ki, “Kocaelispor” klubunun düşərgəsinə iki gün əvvəl gedib.
Türkiyə Superliqasında çıxış edən “Kocaelispor”dan başqa, bu ölkənin birinci liqasında mübarizə aparan “Boluspor” klubu da Sadıqovla maraqlanır.
Hazırda müqavilə ilə “Neftçi” klubuna məxsus olan futbolçunun Misirin “Zəmələk” və Yunanıstanın OFİ klubuna keçməsi də mümkündür.
“Kocaelispor” Türkiyə Superliqasında 18 komanda arasında sonuncu yeri tutur.
Mənbə: trend
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi