Ümit Karan Bakıda

Ümit Karan Bakıda
GÜNDƏM 21 Noyabr 2015 / 11:34 9243
-  A +

“Qalatasaray”ın və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karan Bakıya gəlib. Bu haqda Futbolxeber.az saytına veteran futbolçunun özü məlumat verib. Lakin Karan səfərinin məqsədi barədə danışmayıb.

Qeyd edək ki, 39 yaşlı veteran futbolçu karyerasını 2011-ci ildə bitirib. O, son olaraq “Eskişehirspor”da forma geyib. Karanın karyerasının ən parlaq dövrləri “Qalatasaray”da keçib. 8 il “Cim-Bom”un formasını geyən təcrübəli forvard, 170 oyunda meydana çıxıb, 71 qol vurub və “Qalatasaray”la birgə 3 dəfə ölkə çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.

Daha çox


Son xəbərlər