Bu gün tanınmış idman jurnalisti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, “Olimpiya” İnformasiya Agentliyi və Olimpiya.az portalının rəhbəri Elnur Əşrəfoğlunun ad günüdür.
Bakı Dövlət Universiteninin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirən Əşrəfoğlu 21 il jurnalistika sahəsində geniş təcrübəyə malikdir. “525-ci qəzet”, “7 gün “ , “Azərbaycan” kimi mötəbər qəzetlərdə fəaliyyət göstərən Elnur Əşrəfoğlu Azərbaycan Televiziyasında 16 il ( 1993-2009 ) ərzində müxbirlikdən İdman proqramları redaksiyasının baş redaktoru vəzifəsinə kimi yüksələ bilib. Uzun illər televiziyada fəaliyyət göstərən dəyərli telejurnalist bir çox yeni layihələrin müəllifi kimi tanınıb. Onun müəllifi və aparıcısı olduğu “Sport digest” əyləncəli idman televiziya proqramı milyonların rəğbətini qazanıb. Elnur Əşrəfoğlu müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb (İsrail-Azərbaycan.1995-ci il).
Elnur Əşrəfoğlu 1996-cı ildən başlayaraq bütün Yay Olimpiya oyunlarında idman jurnalisti kimi vəzifəsinin öhdəsindən layiqincə gəlib. Bununla yanaşı həmkarımız 3 qış olimpiadasını canlı izləməyə də imkan tapıb. Azərbaycan Televiziyasının qızıl fonduna daxil olan “Zirvəyə doğru: Sidney-2000”, “Afina-2004”, “Pekin zəfərləri”, “Milli Olimpiya Komitəsi-10 il”, “Professor”, “9 nömrəli oyunçu”, “Böyük hokkey”,”Sehrbaz” və daha bir neçə sənədli filmlərin ərsəyə gəlməsində əməyi olub. Bir çox beynəlxalq idman yarışlarından reportaj hazırlayan və 1994-cü ildən başlayaraq bütün futbol üzrə dünya və Avropa çempionatlarının final mərhələsində Azərbaycandan yeganə akkreditə olunan jurnalist Elnur Əşrəfoğlu daim dünyanın tanınmış idman adamları - Məhəmməd Əli, Pele, Maradona, Kobi Braynt, Messi, Del Pyero, Samaranç, Jak Roqq, Zepp Blatter, Mişel Platini, Keti Friman, Mariya Şarapova, Frans Bekkenbauer, Covanni Trappatoni, Dunqa, Ronaldinyo, Maykl Felps, Ueyn Qretski, Rafael Nadal, Roje Federer,Useyn Bolt və digərləri ilə ünsiyyət qurmaqda özünü yaxşı tərəfdən göstərib. Hətta dünyanın bir çox məşhur telekanallarının tanınmış idmançılarla əldə edə bilmədiyi müsahibələri məhz Elnur Əşrəfoğlu əldə edirdi. Elnur Əşrəfoğlu “Neftçi” futbol klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi kimi 2 dəfə dalbadal Azərbaycan çempionluğu sevincini yaşayaraq, Premyer Liqanın qızıl medallarına sahib olub.
Hazırda Polşa və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatına da akkreditə olunan həmkarımız yarışın yarımfinal və final görüşlərini izləmək üçün Kiyevə yola düşəcək.
Biz də həmkarımızı ad günü münasibəti ilə təbrik edir, həyatında və işlərində uğurlar arzulayırıq!
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"
Karvaxal "Real"dan gedir?
"Turan Tovuz" ukraynalı futbolçunu transfer etdi
Ramazan bayramına görə matçların vaxtı dəyişdirildi
"Milan"a keçidi baş tutmayan Mateta əməliyyatdan imtina etdi
Penalti nöqtəsini qazdı, rəqib qol vura bilmədi - Video
"Real" imtina verdi, "Mançester Siti" fürsəti qaçırmadı
"Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı
Qurban Qurbanov: “Nəriman özündə deyildi, getməsi lazım idi”
"Neftçi" - "Qəbələ": Heyətlər
Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
Sən neylədin, Montiel! - Video
Luçesku xəstəxanadan evə buraxıldı
Tomas Tuhel "Nyukasl"ı çalışdıra bilər
Qurban Qurbanov meydanı qardan təmizləyir - Özəl video
“Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
Cek Qriliş üçün mövsüm erkən başa çatdı
"Şamaxı" - "Qarabağ": Heyətlər açıqlandı
"Neftçi" braziliyalı oyunçu transfer etdi
Mourinyo Portuqaliya millisini çalışdıra bilər
"Şamaxı" - "Qarabağ" matçı təxirə salınır? - Video
“Qarabağ” Nərimanın ABŞ klubuna transferini açıqladı
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı
"Fənərbaxça"nın qələbəsi - Video
Salah üçün fantastik təklif: Üçqat maaş
Aktürkoğlundan dubl, Taliskadan qol
Maaşı azaldılan Dibala vətəninə qayıda bilər
"Turan Tovuz" "Karvan Yevlax"ı belə məğlub etdi - Video
Arda Güler tənqid hədəfinə tuş gəldi
"Tottenhem"in futbolçusu sıradan çıxdı
"Kim güclü olacaqsa, o da oynayacaq" - Kurban Berdiyev
Ronaldo boykotu dayandırdı: Klub onun şərtlərini qəbul etdi
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"İmişli" - "Kəpəz" matçından - Video