Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun futbolçusu Andrey Şevçenko 2012-ci il Avropa çempionatından sonra karyerasını başa vurmaq istədiyini açıqlayıb. Qol.Az-ın məlumatına görə, bu haqda 34 yaşlı hücumçu “Sport-Ekspress” qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu qərar qətidir: “2010-cu il dünya çempionatının “pley-off” mərhələsində Yunanıstana uduzaraq, Cənubi Afrika Respublikasına yollanmaq şansının üstündən xətt çəkdikdən sonra anladım: yığmamız növbəti dünya çempionatlarına dəfələrlə düşəcək, mən isə əsla. Çünki 2012-ci il Avropa çempionatından sonra karyeramı başa vurmaq istəyim qətidir və necə deyərlər, müzakirə olunmur”.
Andrey Şevçenko futbolçu karyerasına Kiyev “Dinamo”sunda başlayıb. O, 1999-cu ildə İtaliyanın “Milan” komandasına keçib. Bundan 7 mövsüm sonra isə Şevçenko İngiltərənin “Çelsi” klubuna yollanıb. 2008-ci ildə “Milan”a qayıdan ulduz futbolçu 2009-cu ilin avqustunda “Dinamo”ya dönüb.
“Şeva” “Milan”ın heyətində Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub. O, eyni zamanda İtaliya və Ukrayna çempionu titulunu qazanıb. Şevçenko bir neçə dəfə Çempionlar Liqasının ən yaxşı bombardiri və ən yaxşı hücumçusu, eləcə də İtaliya və Ukrayna çempionatlarının ən yaxşı bombardiri sayılıb. Ukraynalı forvard 2005-ci ildə internet vasitəsilə səsvermə nəticəsində dünyanın ən yaxşı futbolçusu seçilib. Şevçenko millidə 100-cü matçını oktyabrın 8-də Kanada ilə yoldaşlıq görüşündə keçirib. 2:2 hesabı ilə nəticələnən qarşılaşmada Ukraynanın qollarını Artyom Milevski ilə Anatoli Timoşuk vurub.
Qeyd edək ki, 2012-ci il Avropa çempionatı Polşada və Andrey Şevçenkonun vətənində təşkil olunacaq. (Lent.az)
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu
"İnter"dən Lautaro Martinesin gələcəyi ilə bağlı açıqlama
"Səbail"in legioneri səhvi hakimdə yox, özlərində görür
"Bavariya" yeni mövsüm formasını təqdim etdi - Şəkil
PSJ Donnaruma ilə bağlı qərar verdi
Musa "Yurqorden"in U-21 komandasında növbəti qolunu vurdu
ÇL-in oyunu bu kanallarda