Portuqaliya kubokunun qalibi müəyyənləşdi

Portuqaliya kubokunun qalibi müəyyənləşdi
XƏBƏR 2 Avqust 2020 / 13:03 2362
-  A +

Portuqaliya kubokunun final qarşılaşması keçirilib.

Qol.az xəbər verir ki,  "Syudad-di-Koimbra" stadionunda oynanılan həlledici görüşdə "Benfika" və "Portu" üz-üzə gəlib. "Portu" 37-ci dəqiqədə Luis Diasın 2-ci sarı vərəqəni alması nəticəsində azlıqda qalsa da, Şansel Mbemba dubl etməyi bacarıb. "Benfika"nın hücumçusu Vinisus Morais oyunun sonunda penaltini dəqiq yerinə yetirərək fərqi azaldıb. Lakin "Benfika"nın hesabı bərabərləşdirmə cəhdləri cavabsız qalıb. Matç "Portu"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə "Portu" tarixində 17-ci dəfə Portuqaliya kubokunun qalibi olub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord