"Neftçi"nin braziliyalı sabiq futbolçusu Flavinyo ölkəsinin mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, o, Azərbaycandakı karyerası haqda sualları da cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik.
- Azərbaycana uyğunlaşmağınız necə oldu?
- Əvvəllər Azərbaycan haqqında heç nə bilmirdim, heç nə eşitməmişdim. Hətta müharibə ölkəsi olduğunu düşünür, çox qorxurdum. Ancaq tamamilə fərqli idi, çox asan uyğunlaşdım. Azərbaycanda insanlar mənə çox yaxşı münasibət göstərdilər, ölkəni bəyəndim. Futbol inkişaf edirdi. Oranın ikinci Dubay olmasını arzulayırdılar. Güclü neft olmasına baxmayaraq, turistlik ölkə olmaq istəyirlər. Yeməkləri çox fərqlidir. Bir tərcüməçimiz var idi, portuqalca danışırdı, bu da işimizi asanlaşdırmışdı. Mənim üçün ən böyük çətinlik mentalitet idi. Avropa ölkəsi olmasına baxmayaraq, hələ də xaricilər üçün çox qapalıdır. Təkcə klubda deyil, işlədiyiniz və yaxınlıqda yaşadığınız insanlar ailə kimi sizə çox yaxşı münasibət göstərirlər. Ancaq çölə çıxdığınız zaman - alış-verişdə, restoranda, bazarda insanlar sizə fərqli baxır. Oradakı illərim gözəl keçdi, çox minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Azərbaycanda yaşadığım müddətdə həyatım üçün dərslər aldım.
- Orada futbolun durumu necədir, Braziliya ilə fərq çoxdur?
- Azərbaycanda futbol Braziliyadakından çox fərqlidir. 4-3-3 taktikasına üstünlük verən Avropa standartlarını qorumağa çalışırlar. Fiziki güc və sürət baxımından yaxşıdır, ancaq texniki cəhətdən nisbətən aşağıdır. Çox qol vurulur, amma driblinqlər, gözəl fərdi keçidlər az olur. Bu da mənə çox kömək etdi. Çünki mənim oyun üslubum fərdi üstünlük, 2 oyunçunu aldatmaq, driblinq etmək üzərində idi. Belə oyunçuların sayı az olduğundan, ora getdiyim zaman fərqlənməyə başladım.
- Avropa Liqası və Çempionlar Liqasında oynamaq necə hiss idi?
- Avropa Liqasında oynamaq karyeramın zirvəsi idi. Baxmayaraq ki, Braziliyanın dörd çempionatında oynamışam. "İnter"lə matçda İtaliyadakı stadion mənə ən çox təsir edən məqam idi. Gəlişini heç düşünmədiyim anı yaşayırdım. Azərbaycana gedəndə bildim ki, avrokubok təqvimi var, amma Avropa Liqasının qrupuna düşməyin, demək olar ki, mümkünsüz olduğunu bilirdim. "Neftçi" Azərbaycanın Avropa Liqasında qrupa vəsiqə qazanan ilk klubu idi. "San Siro"da stadiona ayaq basanda o mahnını eşitmək şübhəsiz ki, mənə ən çox təsir edən məqam idi.
- "Neftçi" ilə 3 çempionluq qazandınız. Düşünürsünüzmü ki, bu, karyeranızın ən yaxşı mərhələsidir?
- Üç çempionluq və iki ölkə kubokunu qazandım. Orada 5 titulum var idi. Bir futbolçu kimi ən yaxşı dövrüm Azərbaycanda oldu. Çünki orada qazandıqlarımı burada bacarmadım. Titul əldə etdim, ilin ən yaxşı futbolçusu seçildim. Ölkənin ən yaxşısı idim. Buna görə də ilk üç il karyeramın ən gözəl anları oldu.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk