"Dünya müharibələri də futbolu dəyişdirməyib" - Çeferin

"Dünya müharibələri də futbolu dəyişdirməyib" -  <b style="color:red"> Çeferin</b>
DÜNYA FUTBOLU 20 May 2020 / 10:15 883
-  A +

“Düşünmürəm ki, nəsə əbədi dəyişsin. Bu, yeni bir təcrübədir və bu qanlı virusdan qurtulduğumuz zaman hər şey öz ətrafına dönəcək”.

Qol.az xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin “The Guardian”a açıqlamasında deyib.

Pandemiyanın futbola mümkün təsiri haqda danışan sloveniyalı funksioner bununla bağlı narahatlığa gərək olmadığını bildirib. O, hətta dünya müharibələrinin belə, futbolu dəyişdirə bilmədəyini qeyd edib: 

“Birinci və ya ikinci dünya müharibəsindən sonra futbol dəyişməyib və virusa görə də dəyişməyəcək. İnsanlar deyirlər ki, dünya koronavirusdan sonra əvvəlki kimi olmayacaq. Bu həqiqət ola bilər, amma mənim fikrim budur: niyə bu virusdan sonra dünyanın düzələcəyini düşünməyək? Niyə daha ağıllı olacağımızı düşünməyək və ya təbiətimizə nə qədər həssas olduğumuzu başa düşməyək? Beləliklə, həmişə öyrənilməli olan dərslər var".
 

Daha çox


Son xəbərlər