“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Keşlə”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə görüşü şərh edib.
- Hər iki komandanın ifasında maraqlı oyun oldu. Qol epizodları oldu. Bu mövsüm fərqli “Keşlə” görürük. Həm az qol buraxır, həm də nəticəyə oynayır. Biz də rəqibi yaxşı təhlil etmişdik. Bilirdik ki, hansı boşluqlar var. Uşaqlar da bu plan üzrə oynadılar. İlk hissədə istədiyimiz kimi oynadıq, qol vura bilmədik. Ümumilikdə yaxşı çıxış etdik. Rəqibin heyətində təcrübəli oyunçular var. Amma komandamız getdikcə oyununu yaxşılaşdırır. Buna baxmayaraq, baş verənlərin təsiri olur. Dəyişikliklər vaxtı uyğunlaşma üçün zamana ehtiyac olur.
- Qış fasiləsindən əvvəlki güclü heyətlə qələbə üzünə həsrət idiniz. Amma indi gənclərlə daha yaxşı oynayırsınız. Fərq nədə idi?
- Gedən oyunçular yaxşı futbolçular idi. Sadəcə, durumla əlaqədar onları saxlaya bilmədik. İndi heyətə qatdığımız oyunçuları yaxşı tanıyıram. Onlara da güvənmək lazımdır. Çalışırıq, o güvəni onlara verək. Bu gün həm gənclər, həm də təcrübəlilər yaxşı çıxış etdilər. Amma o demək deyil ki, bu bizim maksimumuzdur. Heyətdə daha yaxşı oynamağa qadir oyunçularımız var.
- Düşünmürsünüz ki, gənclər gedənlərlə müqayisədə maliyyəni yox, oyunu düşünürlər?
- Xeyr. Maliyyə futbolun tərkib hissəsidir. Bizimlə qalanlarla davam edirik.
- Ruslan və Fəhminin durumu necədir?
- Ruslanın dizində problem var idi. Çalışırıq ki, ondan ehtiyatlı istifadə edək. Fəhmində isə ciddi zədə olmamalıdır. Bu gün bütün oyunçularımız yoruldu. 5 gün ərzində süni örtükdə iki güclü komanda ilə qarşılaşdıq. Növbəti oyuna istirahət edib, hazırlaşmağa vaxtımız olacaq.
- “Keşlə”yə qarşı yaxşı oynayırsınız. Belə çıxır ki, onların boşluğunu yaxşı tutmusunuz?
- Elə oyunlar olub ki, qələbəmizi hakimlər əlimizdən alıb. Ola bilər ki, “Keşlə”yə qarşı daha yaxşı oyunumuz alınır. Təsadüf də ola bilər.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi