"Qəbələ"nin son oyununda heç-heçə

"Qəbələ"nin son oyununda heç-heçə
ÖLKƏ FUTBOLU 25 Yanvar 2020 / 20:38 2922
-  A +

Antalyada təlim-məşq toplanışı keçirən "Qəbələ" bu gün son yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, "qırmızı qaralar" Rumınyanın "Konkordiya" komandası ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

"Qəbələ"nin qollarını Asif Məmmədov (21) və Amin Seydiyev (52) vurub.

Qeyd edək ki, bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) komandaları ilə üz-üzə gəlib.

Daha çox


Son xəbərlər