Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqladı

Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqladı
DÜNYA FUTBOLU 8 Noyabr 2019 / 14:50 4357
-  A +

Türkiyə millisinin çalışdırıcısı Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Qol.az xəbər verir ki, 67 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında DÇ-2022-dən sonra məşqçi karyerasını bitirəcəyini deyib:

"2002-ci ildəki dünya çempionatına 48 ildən sonra vəsiqə qazanmışdıq. İnanıram ki, 2022-ci ildəki mundiala qatıla biləcəyik. Bu turnir mənim üçün son olacaq. Mətbuatdakı jurnalist dostlara manşet xəbəri olsun".

Xatırladaq ki, Türkiyə millisi Şenol Günəşin rəhbərliyi altında DÇ-2002-də 3-cü yeri tutmuşdu. 2022-ci ildəki mundial isə Qətərdə keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı